Türkiyədə 2013-ci ilin ən yaxşıları məlum olub.
Korner.az-ın “Milliyət” qəzetinə istinadən verdiyi məlumata görə, “Atletiko”nun (Madrid) futbolçusu Arda Turan ötən ilin ən yaxşı idmançısı seçilib.
“Qalatasaray”ın hücumçusu Didye Droqba isə ölkədə ilin ən yaxşı futbolçusu olub. Türkiyə millisinin çalışdırıcısı Fatih Terim də mükafatçılar sırasında yer alıb. O, ötən ilin ən yaxşı baş məşqçisi adına layiq görülüb.