Türkiyəli futbolçu 2 nəhəng klubun heyətində
29.04.2024 , 22:44
“Lill”in oyunçusu Yusuf Yazıcı iki nəhəng klubun transfer hədəfinə düşüb.
Korner.az xəbər verir ki, türkiyəli futbolçu ilə “Milan” və “Sevilya” yaxından maraqlanır.
Yarımmüdafiəçinin mövsümün sonunda bu iki klubdan birinə keçəcəyi gözlənilir.
Yusuf Yazıcı bu mövsüm “Lill”in heyətində 41 matçda 12 qol vurub, 2 məhsuldar ötürmə edib.