Türkiyə Superliqasında növbəti turun oyunları keçirilib. Korner.az-ın məlumatına görə, bu turda da çempionun adı bəlli olmayıb.
"Qalatasaray" doğma meydanda "Beşiktaş"ın müqavimətini qıra bilməyib. İki top üstünlüyü ilə son 10 dəqiqəyə girən "Cim bom" "Qara qartal"ın ovuna çevrilib. 3 dəqiqəyə iki qol vuran "Beşiktaş" hesabı bərabərləşdirərək, liderə növbəti xal itkisini yaşadıb.
"Qalatasaray"ın xal itkisi "Fənərbağça"nın ona yaxınlaşmasına səbəb olub. Belə ki, "sarı bülbüllər" "Trabzonspor" səfərindən qələbə ilə qayıdır. "Fənər" 3 xalı aktivinə 3 qolla yazdırıb.
"Qalatasaray" – "Beşiktaş" 2:2
Qollar: Melo 9, Almeyda 45 (a.q) // Holosko 83, Uyfaluşi 86 (a.q)
"Trabzonspor" – "Fənərbağça" 1:3
Qollar: Burak Yılmaz 45+5 // Əmrə 3, Bienvenu 32, Baroni 84