"Fənərbağça" və "Qalatasaray" arasında keçiriləcək Türkiyə Superkuboku Bakıda baş tuta bilər. Korner.az-ın məlumatına görə, Türkiyə Futbol Federasiyasıhər iki kluba Super Kubok matçının Bakıda keçirilməsini təklif edib.
TFF-nin bu təklifinə “Fənərbağça” klubundan müsbət reaksiya gəlib.
“Sarı-lacivərdlilər” Azərbaycan paytaxtını uğurlu şəhər kimi dəyərləndiriblər. “Sarı-qırmızılar” da bu varianta mənfi yanaşmayıblar. Bu səbəbdən, Super Kubok matçının böyük ehtimalla Bakıda olacağı bildirilir.
Qeyd edək ki, “Qalatasaray” Türkiyə çempionu, “Fənərbağça” isə ölkə kubokunun qalibi olub.