Azərbaycanda çox sayda azarkeşi olan Türkiyə yığmasının oyunlarını ölkəmizdə canlı izləmək mümkün olacaq. "Xəzər TV" "ay-ulduzlu" yığmanın ev oyunlarını yayımlayacaq.
Belə ki, telekanal Türkiyənin DÇ-2014-ün seçmə mərhələsindəki ev oyunlarının yayım hüququnu alıb. Qeyd edək ki, qardaş ölkə yığması DÇ-2014-ün seçmə mərhələsində D qrupunda yeri alıb. Türkiyə qrupda Hollandiya, Macarıstan, Rumıniya, Estoniya və Andrra ilə mübarizə aparacaq.
Fanat.az
