Türkiyə millisində ciddi itki
30.05.2024 , 18:38

Türkiyə millisi ciddi itki üzləşib.
Korner.az xəbər verir ki, “ay-ulduzlular”ın müdafiəçisi Çağlar Söyüncü sıradan çıxıb.
“İstanbulspor”la görüşdə zədələnən futbolçu Avropa çempionatında komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, Türkiyə yığması Avro-2024-də Portuqaliya, Çexiya və Gürcüstanla eyni qrupda mübarizə aparacaq.
