Türkiyə kuboku: “Beşiktaş” finalda
08.05.2024 , 10:00

“Beşiktaş” Türkiyə kubokunda finala yüksəlib.
Korner.az-ın məlumatına görə, “qara qartal” “Ankaragücü”nü öz meydanında məğlub edərək (1:0) iki oyunun nəticəsinə əsasən (ilk oyun 0:0) adını finala yazdırıb.
Qeyd edək ki, “Beşiktaş”ın finaldakı rəqibi “Fatih Karagümrük”lə “Trabzonspor” arasında keçiriləcək matçdan sonra müəyyənləşəcək
