Türkiyə klubu xorvatiyalı ulduz üçün hərəkətə keçdi
06.05.2024 , 15:14

“Trabzonspor” növbəti mövsüm üçün hazırlıqlarını davam etdirir.
Korner.az xəbər verir ki, klub “Sassuolo”dan Martin Erliçi transfer siyahısına daxil edib.
Bu barədə Xorvatiya mətbuatı məlumat yayıb.
Xəbərdə, “Sassuolo” B Seriyasına düşərsə, Erliç mütləq komandadan ayrılacağı vurğulanıb.
Türkiyə klubunun sərfəli qiymətə müdafiəçini heyətinə qata biləcəyi bildirilir.
26 yaşlı müdafiəçi bu mövsüm A Seriyasında 29 matçda meydana çıxıb.
