"Qalatasaray"la müqaviləsinin müddəti dünən başa çatan təcrübəli müdafiəçi Sərvət Çətin anlaşmanın vaxtı uzadılmayınca klubdan ayrılmalı olub. Korner.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, bir vaxtlar "sarı-qırmızılı" azarkeşlərin ən sevdiyi futbolçulardan olan, xüsusilə döyüşkənliyi ilə seçilən Sərvət, bu mövsüm vur-tut 10 oyunda meydana çıxmış və onlardan cəmi 4-də 90 dəqiqə oynamışdı. Terimin rəğbətini qazana bilməyən müdafiəçi 5 ildi şərəfini qoruduğu "Qalatasaray"ın ehtiyat oyunçular skamyasınlın "sakininə" çevrilmişdi.
Qeyd edək ki, Azərbaycan mətbuatında Sərvətin Azərbaycan əsilli olması iddia edilir.
