Türkiyə Ermənistana qalib gəldi
26.03.2023 , 02:00

Bu gün Avro-2024-ün seçmə mərhələsinin ilk turuna yekun vurulacaq.
Korner.az xəbər verir ki, A, D və I qruplarının oyunları baş tutub.
D qrupunda Türkiyə millisi səfərdə Ermənistanla üz-üzə gəlib və 2:1 hesablı qələbə qazanıb. Qrupun digər oyununda Xorvatiya yığması Uelsi qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib.
Avro-2024
Seçmə mərhələ, I tur
25 mart
A qrupu
Şotlandiya – Kipr – 3:0
Qollar: C.Makqinn, 21, S.Maktominey, 87, 90+3
İspaniya – Norveç – 3:0
Qollar: D.Olmo, 13, Xoselu, 84, 85
Xal durumu: İspaniya – 3, Şotlandiya – 3, Gürcüstan – 0, Kipr – 0, Norveç – 0
D qrupu
Ermənistan – Türkiyə – 1:2
Qollar: O.Kabak, 10 (avtoqol) – O.Kökçü, 35, K.Aktürkoğlu, 64
Xorvatiya – Uels – 1:1
Qol: A.Kramariç, 28 – N.Brodhed, 90+3
Xal durumu: Türkiyə – 3, Uels – 1, Xorvatiya – 1, Latviya – 0, Ermənistan – 0.
I qrupu
Belarus – İsveçrə – 0:5
Qollar: R.Steffen, 4, 17, 29, Q.Caka, 62, Z.Amduni, 65
İsrail – Kosovo – 1:1
Qollar: D.Perets, 56 – E.Daşa, 36 (avtoqol)
Andorra – Rumıniya – 0:2
Qollar: D.Man, 35, 50
Xal durumu: İsveçrə – 3, Rumıniya – 3, Kosovo – 1, İsrail – 1, Andorra – 0, Belarus – 0
