Türk futbolçu “Ayntraxt”da!
02.07.2024 , 16:41
![](https://korner.az/wp-content/uploads/2024/07/IMG_1793.jpeg)
“Ayntraxt” yeni transferini rəsmiləşdirib.
Korner.az xəbər verir ki, Frankfurt təmsilçisi “Nürnberq”dən oyunçu Can Uzunu transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
![](https://korner.az/wp-content/uploads/2018/06/korner-logo.png)