“Roma”dan “Barselona”ya?
03.07.2024 , 22:36

“Roma”nın yarımmüdafiəçisi Leandro Paredes yeni transfer xəbəri ilə gündəmə gəlib.
Korner.az xəbər verir ki, futbolçu karyerasını İspaniyada davam etdirə bilər.
Onunla “Barselona”nın maraqlandığı bildirilir. Kataloniya klubu oyunçuya artıq təklif də göndərib.
Paredes klubu ilə müqaviləsini hələlik yeniləməyib.
