“Turan Tovuz”da növbəti müqavilə
27.07.2023 , 13:40

“Turan Tovuz”da yeni müqavilə qeydə alınıb.
Korner.az xəbər verir ki, müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi icarə əsasında daha 1 il Tovuz təmsilçisinin şərəfini qoruyacaq.
Son mövsümdə Premyer Liqada 25 oyun oyun keçirən Veysəl Rzayev yeni mövsümdə 99 nömrəli forma altında çıxış edəcək.
