“Turan Tovuz”dan daha bir müqavilə
05.06.2024 , 10:00

“Turan Tovuz” daha bir futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Korner.az klubun saytına istinadən xəbər verir ki, Emmanuel Hakmanla yeni müqavilə imzalanıb.
Anlaşmaya əsasən, toqolu müdafiəçi 2024/2025 mövsümündə də Tovuz təmsilçisinin formasını geyinəcək.
