“Turan Tovuz”da ayrılıq
07.07.2023 , 10:50

“Turan Tovuz” futbolçusu Ehtiram Şahverdiyevlə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Şahverdiyev 2022-ci ilin yayından Tovuz klubunda çıxış edirdi. O, sözügedən komandada 28 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
