“Turan Tovuz”da 2 yeni futbolçu
19.01.2024 , 17:11

“Turan Tovuz” “Neftçi”nin futbolçuları İsmayıl Zülfüqarlı və Fərid Yusiflini heyətinə cəlb etdiyini rəsmən açıqlayıb.
Korner.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb.
Gənc futbolçular mövsümün sonuna qədər icarə əsasında Tovuz təmsilçisində çıxış edəcəklər.
