“Qarabağ” “Kəpəz”ə qalib gəldi, Tovuzda heç-heçə
09.04.2023 , 20:27

Bu gün Azərbaycan Premyer Liqasında XXIX tura yekun vurulub.
Korner.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyununda “Şamaxı” Tovuzda “Turan Tovuz”un qonağı olub. Görüş 1:1 hesablı bərabərliklə bitib.
Turun son matçında lider “Qarabağ” “Kəpəz”i sınağa çəkib. Qarşılaşma Ağdam təmsilçisinin 3:1 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXIX tur
9 aprel
16:00 Turan Tovuz – Şamaxı – 1:1
Tovuz şəhər stadionu
Əvvəlki oyunlar: 1:0, 1:3, 1:0
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
18:30 Qarabağ – Kəpəz – 3:1
“Azərsun Arena”
Əvvəlki oyunlar: 1:0, 1:0, 1:1
Hakimlər: Emin Əliyev, Müslüm Əliyev, Teymur Teymurov, Nicat İsmayıllı
Hakim-inspektor: Barış Şimşek
AFFA nümayəndəsi: Elgiz Abbasov
