“Turan Tovuz” – “Qarabağ” matçında azarkeş sayı
18.03.2024 , 13:53

Azərbaycan Premyer Liqasının 27-ci turunun “Turan Tovuz” – “Qarabağ” oyununda 6000 tamaşaçı qeydə alınıb.
Korner.az PFL-in saytına istinadən xəbər verir ki, bu, mövsümün 3-cü göstəricisinin təkrarıdır.
27 turun 135 matçında 4-cü dəfə tamaşaçı sayı 6000 və ya daha yüksək olub.
Rekord “Sumqayıt” – “Neftçi” oyununa (2:1) məxsusdur. 21-ci turun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşünü 8100 tamaşaçı izləyib. 25-ci turun “Neftçi Arena”dakı “Neftçi” – “Qarabağ” qarşılaşmasında (1:4) 6500, 10-cu turun “Turan Tovuz” – “Qarabağ” oyununda (2:2) 6000 tamaşaçı qeydə alınıb.
