“Turan Tovuz” Ayxan Abbasovla müqaviləni uzatdı
09.03.2023 , 15:12

“Turan Tovuz” baş məşqçisi Ayxan Abbasovla müqaviləni uzadıb.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Abbasovla sözləşmə 2026-ci ilin yayına qədər uzadılıb.
Mütəxəssis mövsümün əvvəlindən “Turan Tovuz”u çalışdırır. Komanda çempionatda 25 turdan sonra 26 xalla 6-cı sıradadır.
