Turan Bayramov Avropa çempionu oldu
19.03.2023 , 20:51

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən U-23 Avropa çempionatının qalibi olub.
Korner.az xəbər verir ki, 74 kq çəkidə mübarizə aparan idmançı finalda moldovalı Vasile Diakona qalib gəlib.
Bununla da sərbəst güləş yığmamız Avropa çempionatında 5-ci medalını qazanıb. Daha əvvəl Maqomed-Başir Xaniyev (70 kq), İslam İlyasov (97 kq) qızıl, Rəşid Babazadə (65 kq) gümüş, Səbuhi Əmiraslanov (79 kq) bürünc medal qazanıblar.
