Premyer Liqanın VI turunun “Turan” – “Qarabağ” 42-ci dəfə üz-üzə gələcəklər.
Korner.az– ın məlumatına görə, Azərbaycan çempionatı tarixində daim mövcud olan əzəli 3 derbidən biri olan qarşılaşmalarda “Qarabağ”ın üstünlüyü var.
Ağdam klubu üstünlüyə son illərdəki qələbələr sayəsində nail olub. 41 matçın 19-da “Qarabağ”, 13-də “Turan” gülən tərəf olub. 8 oyunda qalib müəyyənləşməyib. Top fərqindədə”Qarabağ”ın üstünlüyü var – 40:55.
Ağdamlılar son 8 oyunda rəqibinə xal verməyib. Son 11 matçda qalib gəlməyən tovuzlular 2156 gündən sonra seriyanı qırmağa çalışacaq.
18.05.1992 Qarabağ – Turan 1:1
13.07.1992 Turan – Qarabağ 2:0
18.07.1993 Qarabağ – Turan * 1:0
03.10.1993 Turan – Qarabağ 0:1
13.03.1994 Qarabağ – Turan 0:2
19.10.1994 Turan – Qarabağ 2:1
05.03.1995 Qarabağ – Turan 0:0
01.11.1995 Turan – Qarabağ 3:0
03.12.1995 Qarabağ – Turan 2:0
13.04.1996 Qarabağ – Turan *, **, *** -:-
18.05.1996 Turan – Qarabağ * 1:0
04.10.1996 Qarabağ – Turan 1:2
30.04.1997 Turan – Qarabağ 1:0
03.12.1997 Qarabağ – Turan 3:1
18.04.1998 Turan – Qarabağ 1:5
07.11.1998 Qarabağ – Turan 3:1
20.03.1999 Turan – Qarabağ ** +:-
12.12.1999 Turan – Qarabağ 0:0
30.04.2000 Qarabağ – Turan 0:0
11.11.2000 Turan – Qarabağ ** +:-
05.05.2001 Qarabağ – Turan 2:5
03.11.2001 Qarabağ-Azərsun – Turan 5:2
10.03.2002 Turan – Qarabağ-Azərsun 0:0
02.07.2003 Turan – Qarabağ-Azərsun 0:0
30.11.2003 Qarabağ-Azərsun – Turan 4:0
20.12.2004 Qarabağ – Turan 1:0
24.05.2005 Turan – Qarabağ 4:0
12.08.2005 Turan – Qarabağ 2:1
12.02.2006 Qarabağ – Turan 1:0
29.10.2006 Turan – Qarabağ 3:1
18.04.2007 Qarabağ – Turan 1:1
22.09.2007 Turan – Qarabağ 0:2
30.03.2008 Qarabağ – Turan 0:0
04.10.2008 Turan – Qarabağ 0:1
05.04.2009 Qarabağ – Turan 4:2
16.09.2009 Turan – Qarabağ 1:2
27.11.2009 Qarabağ – Turan 2:1
02.10.2010 Turan – Qarabağ 0:1
25.02.2011 Qarabağ – Turan 5:1
30.09.2011 Qarabağ – Turan 3:1
04.12.2011 Turan – Qarabağ 0:1
* – oyunlar neytral meydanda keçirilib
** – texniki nəticə top fərqinə daxil edilməyib
*** – hər 2 komandaya texniki məğlubiyyət verilib, həmin oyun ümumi balansda heç bir komandanın qələbəsi kimi göstərilməyib, top fərqinə də salınmayıb. Yəni “Turan” 20, “Qarabağ” 14 dəfə uduzsa da əks tərəf müvafiq olaraq 19 və 13 qələbə qazanıb.
