Sabah Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində baş tutacaq "Trans" – "İnter" oyununa giriş 5 avro olacaq. Korner.az-ın məlumatına görə, bu barədə Estoniya klubunun rəsmi saytı məlumat yayıb. Eston azareşlər 5 avro ilə Cenevə və Sillamea şəhərlərindən avtobuslarla təmin olunaraq stadiona gətiriləcəklər.
Həmin bu avtobuslarda azarkeşlər əvvəlcə gəzintiyə çıxacaq və daha sonra matçın keçiriləcəyi stadiona gətiriləcəklər.
Xatırladaq ki, oyun Bakı vaxtı ilə saat 20:30-da start götürəcək.
