“Traktor” məğlub oldu, böyük şansı əldən verdi
05.11.2019 , 20:31
İran çempionatında X turun oyunları keçirilir.
Korner.az xəbər verir ki, “Traktor” səfərdə “Sepahan”la qarşılaşıb və 0:2 hesabı ilə məğlub olub. “Traktor” qələbə qazansaydı, liderliyə yüksələcəkdi.
Qeyd edək ki, turnir cədvəlində “Traktor” 17 xalla 5-ci pillə qərarlaşıb. “Sepahan” isə 22 xalla liderdir.