"Trabzonspor" daha bir futbolçunun keçidini rəsmiləşdirib. Korner.az-ın məlumatına görə, Qaradəniz təmsilçisi Portuqaliyanın "Benfika" klubunun futbolçusu Emersonla münasibətləri rəsmiləşdirib. 26 yaşlı braziliyalı futbolçu ilə 2 illik müqavilə bağlanılıb. Emersona görə qarşı tərəfə 1 milyon 600 min avro ödəniləcək.
