“Trabzonspor” “Borussiya”dan futbolçu transfer etdi
20.07.2023 , 17:54

“Trabzonspor” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Qaradəniz təmsilçisi Dortmund “Borussiya”sından Göktan Gürpüzü transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 20 yaşlı yarımmüdafiəçi ilə 3+2 illik müqavilə imzalanıb.
