Şüvəlanda bolqollu bərabərlik, Bayılda “Ağdam havası”
18.08.2018 , 22:35

Bu gün Topaz Premyer Liqasında ikinci tura start verilib. Turun açılış matçında “Səbail” son çempion “Qarabağ”ı qəbul edib. Oyun qonaqların qalibiyyəti ilə yekunlaşıb – 2:0
Ölkə kubokunun sonun qalibi “Keşlə” səfərdə “Zirə”nin qonağı olub. Matçda qalib müəyyən olmayıb – 2:2
Qeyd edək ki, turun digər iki qarşılaşması avqustun 19-u keçiriləcək.
18 avqust (şənbə)
Topaz Premyer Liqası, II tur
18:30 “Səbail” – “Qarabağ” 0:2
Qol: Mahir Mədətov 27, 86
Hakimlər: Ramil Diniyev, Knyaz Əmiraslanov, Vüqar Bayramov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Abas Hüseynov
Hakim-inspektor: Əli Hüseynov
“Bayıl Arena”
20:30 “Zirə” – “Keşlə” 2:2
Qol: Mirsahib Abbasov 2, Pərdis Fərcad-Azad 35, Slavik Alxasov 53, Andre Klennon 90+1
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Vüsal Qənbərov, Rauf Cabbarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məhəmməd Məmmədov
“AZAL Arena”
