“Tottenhem”in baş məşqçisi istefaya göndərildi
01.11.2021 , 16:56

İngiltərənin “Tottenhem” klubu portuqaliyalı baş məşqçi Nunu Santu ilə yolları ayırıb.
Korner.az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.
İstefaya səbəb komandanın cari mövsümdəki uğursuz çıxışı səbəb olub. 10 turdan sonra 15 xalı olan klub turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
Nunu Santu baş məşçi postuna iyunun 30-da gətirilmişdi.
