“Tottenhem”dən yeni transfer
07.08.2023 , 09:03

“Tottenhem” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, London təmsilçisi “Blekbern”dən Eşli Fillipsi transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 18 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb.
