İsveçrənin “Syon” klubunun yarımmüdafiəçisi Serey Din yerli Futbol Federasiyasının İntizam Komitəsi tərəfindən 8 oyunluq cəzalandırılıb. Korner.az-ın məlumatına görə, belə bir cəzanın verilməsinə səbəb 28 yaşlı yarımmüdafiəçinin topdaşıyan uşağı vurması göstərilir.
İnsident mayın 2-də baş verib. Həmin gün “Syon” elit divizionda qalmaq uğrunda matçda “Lozanna”ya uduzub. Di uşağı vurmasını onun topu oyuna çox gec qaytarması ilə əlaqələndirib.