Topaz Premyer Liqasının son, XXXII turunun 3 oyunu canlı yayımlanacaq.
Korner.az-ın məlumatına görə, azarkeşlər ilk “altılıq” oyunlarını yenı canlı olaraq izləyə bilərlər.
Belə ki, sabah oynanılacaq “İnter” – “Qəbələ” (16:00), “Qarabağ” – “Simurq” (18:00) və “Neftçi” – “Bakı” (21:00) oyunları canlı yayımla azarkeşlərə təqdim olunacaq.
Hər üç qarşılaşma “İdman Azərbaycan” kanalının efirində nümayişə olunacaq.