Bu gün Azərbayan Premyer Liqasının 2015/2016 mövsümünə yekun vurulacaq.
Korner.az-ın məlumatına görə, 36-cı turun bütün oyunları bu gün keçiriləcək.
Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “İnter” öz meydanında “Zirə”ni qonaq edəcək. “Bankirlər” qələbə qazanmaqla çempionatın bürünc medallarına sahib olacaqlar.
Turun digər matçı Gəncədə keçiriləcək. Burada “Qəbələ” “Kəpəz”lə qarşılaşacaq. Bu matçda qalib gələn komanda Bakıda “İnter”in xal itirməsinə ümid edəcək ki, üçüncü pilləni ələ keçirsin.
Bayılda “Rəvan” “Xəzər Lənkəran”ı qəbul edəcək. Turnir cədvəlinin zirzəmisində qərarlaşan Lənkəran klubu qələbə qazanmaqla “Rəvan”ı keçəcək.
Digər oyunlarda “Neftçi” “Sumqayıt”, “Qarabağ” AZAL-la qarşılaşacaq.
Premyer Liqası
XXXVI tur
19:00. "Sumqayıt" – "Neftçi" – 2:1 (İkinci hissə)
Qollar: Araz Abdullayev, 14 (0:1), Vaqif Cavadov, 17 (1:1), Amil Yunanov, 63 (2:1)
Hakimlər: Rauf Cabbarov, Nahid Əliyev, Cavanşir Yusifov, Ramil Əhmədov
“Kapital Bank Arena”.
19:00. "Qarabağ" – AZAL – 3:0 (İkinci hissə)
Qol: Mahir Mədətov, 21 (1:0), Migel Madera, 30 (2:0), Dani Kintana, 41 (3:0)
Hakimlər: Ömər Paşayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rəvan Həmzəzadə
“Azersun Arena”.
17:00. “Kəpəz” – “Qəbələ” – 0:1
Qol: Aleksey Qay, 76 (0:1)
Hakimlər: Rəhim Həsənov, Vaqif Musayev, Namiq Hüseynov, İnqilab Məmmədov
Gəncə şəhər stadionu.
17:00. “İnter” – “Zirə” – 1:0
Qol: Abbas Hüseynov, 69 (1:0)
Hakimlər: Fariz Yusifov, Elman Musayev, Knyaz Əmiraslanov, Fərid Məmmədov
“İnter Arena”.
17:00. “Rəvan” – “Xəzər Lənkəran” – 2:2
Qollar: Bayram Budaqov, 2 (0:1), İbrahim Qədirzadə, 66 (0:2), Yasin Həmid, 76 (1:2), Ramazan Abbasov, 82-pen (2:2)
Hakimlər: Ramil Diniyev, Munis Abdullayev, Elgün Adıgözəlli, Elvin Əsgərov
“Bayıl Arena”.