“Bayern” (Münxen) klubunun alman yarımmüdafiəçisi “Real”a (Madrid) transfer olunmağa çox yaxındır.
Korner.az-ın məlumatına görə komandadan ayrılma ehtimalı olan Toni Kroosun növbəti dayanacağı ispan klubu ola bilər.
Gənc ulduz keçən mövsüm “Bayern” formasını 51 dəfə geyinmiş, 4 qol vurub və 9 asist etmişdi.