“Mançester Yunayted” “Bavariya”nın yarımmüdafiəçisi Tomas Mülleri transfer etməkdə israrlıdır.
Korner.az-ın məlumatına görə, “qırmıız şeytanlar” almaniyalı futbolçu üçün yenidən Münhen klubuna müraciət edib.
“Mançester Yunayted” Müllerə 5 illik müqavilə təklif edib. İngiltərə nəhəngi bu transfer üçün 50 milyon avrosundan keçməyə hazırdır.
Tərəflər arasında razılıq əldə olunarsa, 25 yaşlı futbolçu “Mançester Yunayted”də həftəsinə 160 min funt-sterlinq qazanacaq.
