“Arsenal”ın ispaniyalı ulduzu Santi Kazorla “topçular”ın forma tanıtımında mətbuata bəzi açıqlamalar verib.
Korner.az xəbər verir ki, futbolçu mundialdakı uğursuzluğun ardından “Arsenal”a döndüyü üçün çox xoşbəxtdir: “Məncə ispan futbolu ölmədi. “Tiki-taka” bir fəlsəfədir. Bu fəlsəfədən “Arsenal” da istifadə edərək uğur qazandı. Niyə də bu uğuru davam etdirməyək”.