“Trabzonspor” azarkeşləri bu gün TFF binasına yürüş təşkil edib və binanı daş-qalaq ediblər.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, onlar binanın qarşısında “şike”yə etiraz mintinqi keçiriblər.
Günorta saatlarında başlayan yürüş zamanı trabzonlu azarkeşlər kuboklarının onlara verilməsini və “şike”yə qarışan hər kəsin cəzalandırılmasını tələb ediblər.