"Qalatasaray"ın baş məşqçisi Fatih Terim iki futbolçusuna xəbərdarlıq edib.
Korner.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "İmperator" son vaxtlar üzüntülü görünən Sabiylə Necatini yanına çağıraraq ciddi söhbət edib.
"Komandada heç kimi üzgün görmək istəmirəm. Mısmırığınızı sallamayın. Siz sadəcə çalışın və heyətə düşmək üçün əlinizdən gələni edin. Mövsüm uzunmüddətlidi və hamıya forma şansı veriləcək. Gözüm üstünüzdədi" – deyən çalışdırıcının bugünkü qarşılaşmada da bu iki oyunçunu ehtiyatda saxlayacağı, meydana sonrakı dəqiqələrdə buraxacağı gözlənilir.