“Real”ın futbolçusu sıradan çıxdı
16.09.2024 , 17:35
“Real”ın futbolçusu Brahim Diaz zədələnib.
Korner.az xəbər verir ki, 25 yaşlı oyunçu İspaniya La Liqasının 5-ci turunda keçirilən “Real Sosyedad”la səfər matçında ( 2:0) sıradan çıxıb.
Bud əzələsindən zədə alan Diazın 3 ay meydanlardan uzaq qalacağı gözlənilir.