Yeni mövsümü start götürən Premyer Liqada ən gənc və qoca komanda hansıdı, heç bilirsiz? “Transfer pəncərəsi”nin bağlanmasına qısa müddət qaldığından, demək olar ki, hansısa klubumuzun yeni oyunçu alqı-satqısına gedəcəyi az inandırıcıdı. Odu ki, mövsümün ən azı ilk yarısının ən yaşlı və ən qoca komandasını müəyyənləşdirməyin məqamıdı deyib, hər klubumuzun cari mövsümdəki heyətinin orta təvəllüdünü hesabladıq. Və ortaya çox maraqlı nəticələr çıxdı. Məlum oldu ki, ölkə futbolunun ən qocaman klubu hesab edilən “Neftçi” cari mövsümdə ən gənc heyətə sahib olanlardandı. Ümumilikdə isə ən yaşlı heyətə malik komandadakı orta yaş həddi 26,1-di.
Onu da qeyd edək ki, rəqəmlər ondabirədək yuvarlaqlaşdırılıb.
Bakı – 1985,9
Qəbələ – 1986,2
İnter – 1986
AZAL – 1986,2
Xəzər – 1986,3
Simurq – 1986,5
Kəpəz – 1986,5
Rəvan – 1986,8
Turan – 1987,6
Neftçi – 1987,8
Qarabağ – 1987,8
Sumqayıt – 1989,2
