300-cü oyun
16.09.2024 , 10:35
Urfan Abbasov Azərbaycan çempionatlarında 300-cü oyununu keçirib.
Korner.az xəbər verir ki, “Araz-Naxçıvan”ın 31 yaşlı müdafiəçisinin yubileyi Misli Premyer Liqasının 6-cı turuna təsadüf edib. Abbasov “Kəpəz”lə ev görüşündə (1:0) əvəzolunmadan meydanda olub.
O, ölkə çempionatları tarixinə 300 və daha çox oyun keçirən 28-ci futbolçu kimi düşüb. Premyer Liqada 2011/12 mövsümündə debüt edən müdafiəçi 3 klubun formasını geyinib. O, “Qəbələ”də 248, “Səbail”də 47, “Araz-Naxçıvan”da 5 dəfə şans qazanıb.