“Barselona”nın baş məşqçisi Tata Martino klubdan ayrılıb.
Korner.az-ın məlumatına görə, Martino klub rəhbərliyi ilə qarşılıqlı anlaşaraq, komandadan gedib.
Bunun əsas səbəbləri isə “Barselona”nın Çempionlar Liqasında və La Liqada gözlənilən nəticələri doğrultmaması olub.
Qeyd edək ki, Martino “katalonlar”ı 2013-cü ildən çalışdırırdı.