Tanınmış mütəxəssisin yeni klubu
06.05.2024 , 13:35

Xulen Lopeteqinin yeni klubu məlum olub.
Korner.az xəbər verir ki, mütəxəssis “Vest Hem”lə razılığa gəlib.
Bu barədə jurnalist Fabrizo Romano məlumat yayıb.
Bildirilir ki, 58 yaşlı çalışdırıcı ilə yaxın zamanda rəsmi müqavilə imzalanacaq.
O, bu vəzifədə David Moyesi əvəzləyəcək.
