Tanınmış güləşçi Avropa Olimpiya Təsnifat turnirində iştirak etməyəcək
04.04.2024 , 16:55

Rusiyanın sərbəst güləş üzrə ikiqat olimpiya çempionu Abdülraşid Sadulayev Bakıda keçiriləcək Avropa Olimpiya Təsnifat turnirində iştirak etməyəcək.
Korner.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (IOC) “tank” ləqəbli güləşçinin Bakıdakı yarışa qatılmasına icazə verməyib.
Onun əvəzinə Rusiyanın digər güləşçini Əlixan Cəbrayılov mübarizə aparacaq.
Olimpiya Təsnifat Turniri sabah start götürəcək və 3 gün davam edəcək. Hər çəkidə finala çıxmağı bacaran güləşçilər Olimpiya Oyunlarına vəsiqə qazanacaq.
