Türkiyənin İzmit şəhəri yaxınlığındakı Kartepe qəsəbəsində təlim-məşq toplanışını davam etdirən "İnter" bu gün yoxlama oyunu keçirib. Korner.az-ın məlumatına görə, yerli "Maşukiyəspor"la “bankirlər” rəqib qapısından 16 qol keçirib – 16:1. "İnter"in heyətində Georgi Adamiya, Baçana Sxadadze, Samir Zərgərov və Tales Şütz 3, Ramil Həşimzadə 2, Asif Məmmədovla Ramil Mansurov isə hərəyə bir qol vurublar.
Qeyd edək ki, keçirilən bu oyunla təlim-məşq toplanışına yekun vurulub.