big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Tahir Süleymanov: “Xəzər Lənkəran”la oyunda baş verə biləcək istənilən xoşagəlməz hadisəyə görə məsuliyyəti hər iki klub daşıyır” (MÜSAHİBƏ)

20.08.2013 , 17:35

Bu gün axşam saatlarında kubokun finalından sonra baş vermiş kütləvi iğtişaşda iştirak etmiş şəxslərin avqustun 25-də keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” oyunu üçün Lənkərana aparılmayacağıyla bağlı məlumat vermiş və qeyd etmişdik ki, “ağ-qaralar”dan rəsmi cavab öyrənəcəyik. Klubun vitse-prezidenti Tahir Süleymanovdu həmsöhbətimiz.

– Tahir bəy, kubokun finalından sonra baş vermiş dava-dalaşda iki futbolçunuz – Saşa Stamenkoviç və Mahir Şükürov iştirak etmiş, AFFA İntizam Komitəsi tərəfindən cəzalandırılmışdı. Bizə daxil olan məlumata görə bu iki futbolçunu və iğtişaşda iştirak etmiş sıravi işçilərinizi Lənkərana aparmayacaqsız. Varmı belə plan?
– Biz kubokun finalından sonra baş verənləri bir kənara qoyub diqqəti futbola, nümayiş etdiriləcək gözəl oyuna yönəltməliyik. Lənkəran hamımız üçün doğma şəhərdi və “Neftçi” orda hər zaman hörmətlə qarşılanıb. Azarkeşlərdən, mətbuatdan da xahişim budu ki, bazar günü oynanılacaq oyuna başqa çalar qatılmasın. “Neftçi” və “Xəzər Lənkəran”ın futbolçuları milli komandada çiyin-çiyinə oynayırlar. Yəni bu oyunu gözəlləşdirmək, matçın yüksək ab-havada keçməsi üçün təkcə iki klub deyil, azarkeşlər, jurnalistlər və futbol ictimaiyyəti də səylərini əsirgəməməlidi.

– Xahiş edirəm, konkretləşdirək, bu futbolçular Lənkərana aparılacaqlarmı?
– “Neftçi” bu görüşə tam heyətlə hazırlaşır. Bir daha vurğulayıram, kütləvi informasiya vasitələrindən istəyimiz və xahişimiz budu ki, futol haqda fikirləşək. Bu mövsüm kuboku bir kənara qoysaq, “Neftçi”ylə “Xəzər Lənkəran” 4 dəfə üz-üzə gələcək – iki dəfə Lənkəranda, iki dəfə də Bakıda. Hamımız çalışmalıyıq ki, bu 4 derbi yüksək səviyyədə təşkil olunsun və azarkeşlər də gözəl futboldan zövq alsınlar. Bu məsələylə ən gözəl cavabı bu günlərdə “Xəzər Lənkəran”ın fəxri prezidenti Mübariz Mənsimov verdi.

– Aydındı. Kubokun finalından sonra bir qrup “Xəzər Lənkəran” azarkeşi sosial şəbəkələrdə “Neftçi”yə qarşı “kampaniya” başlatdı, hətta insidentdə xəsarət almış futbolçunun – Kamran Abdullazadənin fotosunu profil fotosu etdilər, qisasdan, intiqamdan danışmağa başladılar…
– Həm “Neftçi”nin, həm də “Xəzər Lənkəran”ın azarkeşləri hər zaman komandalarına sadiqlikləri və futbolu dərindən analiz etmək qabiliyyəti olan, futbolu bilən azarkeşlərdi. Düşünmürəm ki, bazar günü hər hansı problem olar. Baş verə biləcək istənilən xoşagəlməz hadisəyə görə məsuliyyəti azarkeşlər deyil, rəhbərindən-sıravi işçisinədən hər iki klub daşıyır. Azarkeşlər həmişə haqlıdılar. Onlar hər zaman baxımlı oyun görmək istəyirlər. Şübhə eləmirəm ki, bazar günü istədikləri gözəl oyuna tamaşa edə biləcəklər.

– “Neftçi”nin rəsmi fan-klubu olmasa da, oyunlarınıza yüzlərlə, minlərlə fanatınız gəlib dəstək verir komandaya. Məlumatınız varmı, bazar günü Lənkərana gedən olacaqmı fanatlarınızdan?
– Oyuna hələ bir neçə gün var və bizə hər hansı müraciət də daxil olmayıb. Bu komandaların istər Lənkəranda, istərsə də Bakıdakı oyunlarına bugünədək minlərlə azarkeş gəlib və dəstləkləyiblər. Dünən İngiltərə Premyer Liqasının “Mançester Siti” – “Nyukasl” oyununa baxdım. Azarkeşlər sanki tamaşaya gəlmişdilər. Hətta rəqib futbolçuların gözəl hərəkətlərini, zərbələrini alqışlarla qarşılayırdılar. Biz də Azərbaycanda bu futbol mədəniyyətinin formalaşmasına çalışmalıyıq.
Bir daha vurğulayıram, bu oyuna görə məsuliyyəti azarkeşlər deyil, “Neftçi” və “Xəzər Lənkəran” klubları məsuliyyət daşıyırlar. Şükür Allaha, rəhbərlik səviyyəsində heç bir problemimiz yoxdu. Sadəcə olaraq, emosiyalara qapılmamaq, yalnız və yalnız oyunu düşünmək lazımdı. Şübhə eləmirəm ki, azarkeşlər də hər şeyi bir kənara qoyub gözəl oyunun alınmasına çalışacaqlar.

– Tahir bəy, adətən, bir dövlətdə fövqəladə vəziyyət – siyasi çaxnaşma, təbiət hadisəsi və s. baş verəndə xarici dövlətlər öz vətəndaşlarına çağırış edirlər ki, təhlükə səbəbindən həmin ölkələrə getməsinlər. “Neftçi” də öz azarkeşlərinə belə bir çağırış edə bilərmi?
– Saleh bəy, mən bu sualı, ümumiyyətlə, başa düşmədim.

(Sualı bir daha təkrarlayıb aydınlaşdırma aparıram. Hətta, namünasib olduğunu bilsəm belə, misal kimi Misiri, bu ölkədə baş verən iğtişaşlardan sonra xarici ölkələrin öz vətəndaşlarına müvafiq çağırış etməsini misal çəkirəm)

– Bir daha deyirəm, mən bu sualı başa düşmədim.

– Axı izahını geniş şəkildə izah etdim. Təhlükəsizlik məsələlərini nəzərə alaraq, ola bilərmi ki, “Neftçi” öz azarkeşlərinə belə bir çağırış etsin: “Bu dəfə Lənkərana getməməyiniz tövsiyə olunur”.
– Azərbaycan vahid dövlətdi!

– Təbii. Bunu şübhə altına aldığımı düşünürsüz?
– Amma bu suallar futbol sualları deyil. Mövzunu başqa istiqamətə yönəldən suallardı. Lənkəran azarkeşləri də, Lənkəran əhalisi də bizim doğmalarımızdı. Və şübhə eləmirəm ki, bu cür qızışdırıcı məqamlara onlar öz davranışlarıyla layiqli cavab verəcəklər.

– Tahir bəy, bu sualın arxasında başqa heç bir fikir yox idi. Siyasi tarixdən misal çəkməyimə səbəb də tam aydınlatma üçün idi.
– Başa düşürəm. Buna görə iki dəfə sualı başa düşmədiyimi dedim. “Xəzər Lənkəran” da, “Neftçi” də bizim doğma klublarımızdı. Bir daha vurğulayıram, şübhə eləmirəm ki, futboldan kənar söhbətlərə ən yaxşı cavabı elə lənkəranlı azarkeşlər verəcəklər.

Saleh Arslan

Son yazılar

To Top