Bir qədər əvvəl "Neftçi"nin iki futbolçusuna – Bahodir Nasimovla Flavinyoya ölkə xaricindən təklif gəldiyi barədə məlumat vermişdik. Etibarlı mənbədən aldığımız informasiyaya əsasən, hər iki futbolçu Türkiyə Superliqasında çıxış edən klubların diqqət mərkəzindədi.
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov isə Korner.az-a açıqlamasında təkliflərin edildiyini desə də, hər iki futbolçuyla yollarını davam etdirəcəklərini bildirib: "Onlara dəvətlər gəlir. Amma biz nə Bahodir, nə də Flavinyoyla yolları ayırmaq istəmirik. Qarşıdan Çempionlar Liqası gəlir. Hər ikisinə böyük ehtiyacımız olacaq".
