Tahir Gözel Qurban Qurbanovla görüşdü
22.02.2024 , 15:27

“Qarabağ”ın prezidenti Tahir Gözel “Qarabağ” – “Braqa” oyunu öncəsi bazada baş məşqçi Qurban Qurbanovla görüşüb.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Tahir Gözel bu axşam baş tutacaq oyunda komandaya uğurlar arzulayıb.
Görüşə saat 21:45-də start götürəcək. Komandalar arasındakı ilk oyunda “Qarabağ” qələbə qazanıb – 4:2.
