Taekvondoçumuz 1/8 finalda
04.06.2023 , 15:25
Azərbaycan taekvondoçusu Həmidrza Bədriəliabadi (+87 kq) Bakıda keçirilən dünya çempionatında ilk döyüşünü keçirib.
Korner.az xəbər verir ki, 1/16 finalda Nouhum Diavara (Mali) ilə qarşılaşan təmsilçimiz qələbə qazanıb. O, rəqibini 2:1 hesabı ilə məğlub edib.
Bədriəliabadi 1/8 finalda Omar El Yazidi (Fransa) ilə mübarizə aparacaq.
1/16 finalda Mariella Bou Habib (Livan) ilə döyüşən Səmərrux Osmanova (53 kq) isə 1:2 hesabı ilə məğlub olub.
Dünya çempionatı bu gün başa çatacaq.