“Çempionlar Liqasında “Hapoel”ə, Premyer Liqada “Qarabağ”a ardıcıl məğlub olduqdan sonra qələbə qazanmaq bizim üçün çox vacib idi. Ötən tur süni örtüklü meydançada oynadığımız üçün futbolçular hələ də özlərinə gələ bilməyiblər".
Korner.az-ın məlumatına görə, bu sözləri "Qəbələ" ilə oyundan sonra keçirilən mətbuat konfransında "Neftçi" klubunun məşqçisi Tərlan Əhmədov deyib. Rəqiblərini yaxşı təhlil etdiklərini bildirən Əhmədov qələbəyə inandıqlarını sözlərinə əlavə edib:
“Qəbələ”nin “İnter”lə oyununu izləmişdik. Rəqibin yarımmüdafiə və hücum xətti bizi narahat edirdi. “Qəbələ” ilk hissədə bizə problem yaratsa da, ikinci hissədə vurduğumuz qollarla qələbə qazandıq. Bu gün Rəşad Sadiqov və Vobaya istirahət vermişdim. Onlar da ikinci hissədə meydana daxil olub özlərini doğrultdular”.
