”Bakı” komandası üstün oynadı. Komandamız yaxşı mübarizə apardı, nadir qol imkanlarından yalnız birindən yararlana bildik. Təəssüf ki, qələbə hesabını sonadək qoruya bilmədik".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Azərbaycan Premyer Liqasının III turu çərçivəsində evdə “Bakı”yla 1:1 oynayan “Rəvan”ın baş məşqçisi Cavad Güler deyib.
Türkiyəli mütəxəssis heç-heçənin də onlar üçün uğurlu olduğunu bildirib:
“Təbii ki, qalib gəlmək daha yaxşı olardı, lakin “Bakı” kimi komanda ilə oyunda heç-heçə də yaxşı nəticədir. “Bakı” çox yaxşı komandadır, gözəl oyun üçün çalışdılar. Qarşıdakı oyunlarda daha yaxşı oynamağa çalışacağıq. Çempionatın əvvəlində güclü komandalarla oynamaq bizə üstünlük vermir. Lakin bu oyunlarda yaxşı nəticə qazandığımıza inanıram”.
