Bu gün Topaz Premyer Liqasında 6-cı tura start verilib.
Korner.az-ın məlumatına görə, ilk oyunda “Bakı”nı qəbul edən “İnter” 7-0 hesablı qələbə qazandı:
“Bankirlər”in baş məqşçisi Kaxaber Sxadadze oyundan sonra mətbuat konfransında bunları deyib:
“Oyun bizim üçün yaxşı keçdi. Mən bütün futbolçularıma mükəmməl oyuna görə təşəkkür edirəm. Bu oyuna psixoloji cəhətdən köklənməyimiz vacib idi. Bilirsiniz ki, “Qarabağ” qrup mərhələsinə düşdükdən sonra məhz “Bakı” ilə oyunda xal itirmişdi. Biz 3 qol vurduqdan sonra ötürmələrdə müəyyən səhvlər etdik. Amma bir müddət sonra hər şey yenidən qaydasına düşdü. Oyundan sonra futbolçulara dedim ki, bu hesabı unudun. Çünki, bizi qarşıda AZAL ilə çox çətin oyun gözləyir”.
